Bu material “Ay-Si-Ti”
ticarət şirkəti tərəfindən satılır

Qiymətlərə baxmaq Materiallın səhifəsinə keçmək Şirkət haqqında
Rubemast

- Materialın əsası
- Bitumlu-polimer bağlayıcı
- Nazik plyonka
Rubemast, bitumlu əridilmiş rulon materialların qrupuna aiddir və digər materialların arasında ən ücüz, yüngül və yumşaq hesab edilir. Rubemastın hazırlanmasında yalnız cürüməyən materiallar istifadə olunur, buna görə də onun istismar müddəti, xarici görünüşünün və bütün xarakteristikalarının qüsursuzluğunu saxlamaqla 15 ilə qədər uzanır.
Materialın göstəriciləri: son dərəcə istiliyə davamlılıq - 80°C, zəriflik temperaturu (Fraas üzrə) – minus 10°C, 25mm radiusu olan tirdə elastikliyinin 0°C temperaturda saxlaması, çəkisi – 1,5 kq/kv-dən - 3 kq/kv qədər, su çəkmə - 2 %, yanğına davamlılğının göstəriciləri – alovun yayılması RP4, alovlanma –V2, partlayan ağırlıq – 363 N az olmadan (37 kqs).
Materialın xüsusiyyəti | Rubemast |
---|---|
Kütlə 1 m², kq | 1,5 - 2,0 |
İstiliyə davamlılıq, °С | 80 |
25mm radiusu olan tirdə elastiklik, °C | 0 |
Fraas üzrə zərifliyinin temperaturu, °C | -10 |
72 saat ərzində 0,001 MPa su keçirməmə | Su buraxmır |
Su çəkmə, % | 2,0 |
Xidmət müddəti, il | 10 ilə qədər |
Materialın strukturu
Rubemastın strukturu 5 laydan ibarətdir – iki tərəfdən bitumlu büzücü materialdan (texnoloji əlavələr və xüsusi aşqarlar ilə qatışdırılmış bitumdan ibarətdir) olan əridilmiş kütlə ilə örtülən əsas lay (şüşəgişlər və şüşəparçalar). Rubemastın üst layı – polimer plyonkadır. Arxa tərəfdə, düzmə zamanı əriyən, “yanan” kimi adlandırılan nazik plyonka vardır.
Tətbiqi
Materialın tətbiq sahəsi kifayət qədər genişdir, çünki onu dam örtüyü “piroqun” üst layı kimi (bunun üçün üst layı səpmədən olan Rubemast seçilir), və ya effektiv hidroizolyasiya materialı kimi (bu halda qabaq tərəfində polimer plyonka ilə Rubemast gərəkdir) istifadə etmək olar. Hidroizolyasiya layı kimi Rubemast tez-tez inşaat konstruksiyaları və tikintiləri üçün seçilir.
İstifadəsi
Bu materialın düzülməsi bir necə üsul ilə həyata keçirilə bilər – mexaniki üsul ilə (əridilmə) və bitumlu-polimer mastikanın istifadəsi ilə (AySiBiti MBP markası uyğun gəlir). Vacib şərt –ilkin hazırlıq və düzmə (10 sm-15 sm). Beton, dəmirbeton, beton suvaqlı sement-qumlu qatışıq ilə səthlərin Rubemastın altına hazırlanması, AySiBiti Praymer ilə astarlanması nəzərdə tutulur.
İstismar şərtləri
Bu materialın istismar şərtlərində qeyd, yalnız temperatura rejimi (10°C-dən 80°C-yə qədər) və kimyəvi aktiv mühütün olmamasıdır.